Mi Max 2 təqdim edildi

Yüksək keyfiyyət ucuz qiymət stragesiyasına əsəslanan Xiaomi firması bugün Mi Max 2 modelini rəsmi olaraq təqdim etdi. Bu model keçən il təqdim edilən Mi Max modelinin davamçısıdır və ekran ölçüsü eyni qalmaqla texniki göstəriciləri və batareya həcmi baxımından bir xeyli yeniliklər əldə etmişdir. Tam metal gövdə arxa üzdə barmaq izi sensoru ilə möhtəşəm dizayna sahibdir. İstifadə edilən Snapdragon 652 prosesoru və 5300 mAh həcmi batareya ilə 2 günlük tam işləmə imkanı əldə edib. Oyun və video və musiqinin səsindən həzz almağınız üçün əla stereo səsucaldıcılarla təchiz edilib.

Mi Max 2 modleinin texniki göstəriciləri:

Ekran – 6,44 düym, 1080×1920 piksel
Ölçülər – 174.1 x 88.7 x 7.6mm, 211 qram
Ekran-gövdə nisbəti – 74,04%
Prosessor – 2.0 GHz Snapdragon 625
RAM – 4 GB
Daxili yaddaş – 64 GB / 128 GB + microSD dəstəyi
Batareya – 5300 mAh, Quick Charge 3.0
Arxa kamera – 12 MP, Sony IMX386, PDAF, 1.25μm piksel
Ön kamera – 5 MP, 85 dərəcə FOV
Əməliyyat sistemi – Android Nougat + MIUI 8
Bağlantılar – Dual SIM, FDD-LTE, Bluetooth 4.2, WiFi 802.11 a / b / g / n / ac cüt frekanslı, GPS, A-GPS, GLONASS, BeiDou GPS
Rənglər – Qızılı, Ağ
Əlavə özəlliklər – Stereo səsucaldıcı, IR blaster
Qiymət – 245 $ / 295 $

Comments

comments

Posted in Blog, Genel, Haberler, Xiaomi Məhsulları.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir