Xiaomi Mİ 5 haqqında məlumatlar

xiaomi-mi51

Xiaomi Mi 5 haqqında məlumatlar gəlməyə başlayıb…

Çinin Apple-i olaraq adlandırılan Xiaomi firmasının bu il üçün təqdim edilməsi gözlənilən flaqman telefonu Mi 5 haqqında məlumatlar gəlməyə davam başlayıb. Bu il başlayandan bəri bir neçə model təqdim edən Xiaomi firmasının ən üstün modeli Mi Note Pro olmuşdur.

2010 -cu ildə qurulmasına baxmayaraq artıq dünyanın en böyük smartfon istehsalçılarından biri olaraq tanınır. Keçən il təqdim etdiyi Mi4 smartfonu ilə böyük nəaliyyət əldə firmanın bu il təqdim edəcəyi Mİ5 modeli böyük maraqla gözlənilir. Belə ki edilən ehtimallara görə Mi5 modeli üstün texniki göstəricilərə malik olacaq.

Deyilənlərə görə processor olaraq Qualconm yeni istehsal etdiyi Sense İD dəstəyinə malik Snapdragon 820 istifadə ediləcək.Bu barmaq izi oxuyucusu optik oxuculara nəzərən daha üstündür. 4GB Ram , 16GB və 64GB daxili yaddaşla, arxa üzundə 16MP OiS dəstəkli kamera, ön üzündə isə 8MP kamera ilə gələcək. Ekran olaraq isə 5.5 inç böyüklüyündə 2560×1440 pixel Quad HD ekrana malik olacağı ehtimal olunur. Bütün bunlara baxmayaraq telefonun sadəcə 5.1sm qalınlığa malik olacağıda qeyd olunur.

Comments

comments

Posted in Blog, Genel, Haberler.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir