Xiaomi Mi 5X təqdim edildi

Xiaominin 26 iyulda keçirdiyi təqdimat mərasimində gözlənildiyi kimi MİUİ 9 ilə yanaşı Mi 5X smartfonuda təqdim edildi.

Mi 5X telefonu Xiaominin illərdən bəri izlədiyi qiymət/performans siyasətinin ən yaxşı məhsullarından biri olacaq.

Snapdragon 625 prosesoru ilə təchiz olunmuş telefon 3080 mAs batareya sayəsində gün boyu istifadəyə şərait yaradacaq. 4GB ram və 64 GB daxili yaddaş bu telefonun istifadəçiləri üçün kifayət edəcək. Xiaomi bu cihazda 5,5 inç 1920×1080 Full HD İPS LCD (401 ppi) ekran istifadə edib. Bu sinif cihaz üçün ekran parametrləri lap yaxşıdır.

Telefon ölçüləri 155.4 mm x 75.8 mm x 7.3mm , ağırlığı isə 165qr -dır.

Xiaominin ən çox narazıçılıq edilən tərəflərindən biri səs problemidir. Bu cihazda Xiaomi bəzi təkmilləşdirmələr edib. Səsin daha yaxşı çıxmasını təmin etmək üçün DHS səs alqoritmi istifadə edib.

Kamera cəhətdən isə Xiaomi bu modeldə hamının təəccübünə səbəb olub. Heç kim gözləməsə də Mi 5X eyni ilə Mi 6 kameraları ilə təchiz edilib. Əsas kamera 12 Mp dual kamera ilə gəlir. Bu kameralar f1.8 və f2.6 diyafram genişliyinə malikdirlər. Ön kamera isə 16 Mp olaraq verilib

Metal gövdəyə malik olan cihazda barmaq izi sensoru arxa hissəyə yerləşdirilib.

Qara, qızılı və çəhrayı rənglərdə satışa çıxacaq telefonun qiyməti təxmini olaraq 220 dollar olaraq nəzərdə tutulub.

Comments

comments

Posted in Blog, Genel, Xiaomi Məhsulları.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir