Xiaomi-nin quruluşunun 5-ci ildönümü

2010-cu ilin aprel ayının 8-də qurulan Xiaomi firması bu il quruluşunun 5 illiyini qeyd etməyə hazırlaşır. Bu münasibətlə firma mart ayının 31-i 5 yeni məhsulunu təqdim etdi. Yarandığı gündən bəri “yüksək keyfiyyət ucuz qiymət” şüarı ilə hərəkət edən bunun sayəsində dünyada ən sürətlə böyüyən firmalar arasında öz yerini tutur. İndi isə keçək tanıdılan məhsullara.

1. Mi Note çəhrayı rəngdə

x1

Digər firmalar kimi Xiaomi firmasıda qadın istifadəçilərə məxsusi olaraq Mi Note smartfonun çəhrayı rəngini təqdim etdi. Bu rəngdəki telefon digər rəng versiyalarından heç bir texniki göstəricisinə görə fərqlənmir. Texniki göstəriciləri yada salsaq 5.7inç Full Hd ekran, Snapdragon 801 prosessor,16 Gb yaddaş, 3GB Ram, Ois dəstəkli 13Mpx arxa və 4Mpx ön kamera və 3000mAh batareya. Rəsmi satış qiyməti olaraq 403 dollar təyin edilmiş və xüsusi qablaşdırmada içərisində 5000mAh xarici enerji daşıyıcısı ilə birlikdə müştəriyə təqdim edilir.

x11

x2

2. Redmi 2A

x3

Redmi 2A telefonu bu il yanvar ayında təqdim edilən Redmi 2 telefonun ucuz qiymətə uyğunlaşdırılmış yeni bir versiyasıdır. Beləki telefonun rəsmi satış qiyməti cəmi 96 dollar olaraq nəzərdə tutulub. Leadcore L1860C 4 nüvəli Cortex A7 1.5 Ghz  tezlikli prosessor, 8Gb yaddaş ,1Gb RAM, 4.7 inç ekran, 2200mAh batareya ilə təqdim ediləcək.

x4

3. Mi Ağıllı tərəzi

x5

Dünya standartlarına uyğun olaraq istehsal edilən tərəzi 100q ağırlığa belə həssasdır. Hətta içdiyiniz sudan sonra belə çəkinizdəki fərqi görə biləcəksiniz. Mİ Fit tətbiqi ilə əlaqəli olaraq işləyə bilən tərəzi tətbiq sayəsində ailənizin 16 fərdinin çəkilərini yaddaşında saxlayaraq müntəzəm izləmənizə köməklik edəcək.

x6

4. Mi Ağıllı elektik paylayıcısı

x7

Üzərində 3 USB girişi və 3 elektrik çıxışı olar enerji paylayıcı cihaz gözəl dizayn edilmiş.

x8

5. Mi TV2 55inç modeli

Çox incə çərçivə ilə təqdim edılən 55 inç-lik TV Samsung tərəfindən istehsal edilən 4K HD (3840×2160) ekran, 1.5Ghz Mstar prossesor ilə təchiz edilmişdir. Mi TV2-nin qiyməti 806 dollar olaraq təqdim edilmişdir.

x10

 

 

x12

Comments

comments

Posted in Blog, Genel, Haberler, Xiaomi Məhsulları.

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir