Xiaomi telefonlara Fastboot Rom quraşdırma

Fastboot Rom necə quraşdırılır?

Fastboot Rom telefona yenidən təmiz bir şəkildə Rom yükləmə üsuludur. Bu zaman bütün məlumatların sıfırlanması mümkündür ki, buda təmiz bir Rom quraşdırılması deməkdir.

Əvvəlcə MiFlash proqramını endirib komputerinizə quraşdırın: “http://bigota.d.miui.com/tools/MiPhone20141107.exe

Daha sonra sizin telefonunuza uyğun olan ən son Fastboot Romu (Developer versiya) endirin: “http://en.miui.com/a-234.html

Telefonu söndürün. Səs azaltma və yandırıb/söndürmə düymələrinin hər ikisini eyni anda basılı tutun. O vaxta kimi ki, ekranda aşağıdakı şəkili gördünüz. Sonra USB kabel vasitəsi ilə telefonu komputerə qoşun.

tongyong-fastboot

Komputerə endirdiyiniz romu arxivdən çıxardın. Çıxardığınız Rom qovluğunu açın və adres çubuğunadkı yazını kopyalayın. (Qovluğun yerləşdiyi yer)

tongyong-3-2

Komputerinizə quraşdırmış olduğunuz MiFlash proqramını açın. Sonra adres yerinə bundan əvvəlki addımda kopyamadığımız Romun yerləşdiyi adresi yapışdırırıq.

Sonra isə -Refresh- düyməsinə (sarı rənglə göstərilən) basaraq proqamın telefonunuzu tapmasını gözləyirsiniz. Alt hissədə nəyi siləcəyinizi seçə bilərsiniz. *Flash all* hər şeyi silir, *Flash all except storage* yaddaşdan xaric məlumatları silir və sistemi quraşdırır, *Flash all except data and storage* sadəcə sistemi quraşdırar məlumatlara və yaddaşa toxunmaz. Daha sonra -Flash- düyməsinə (qırmızı rəndlə göstərilən) basaraq telefonu flaşlamağa başlayırıq.

tongyong-3-3

 

Flaşlama əməliyyatı yaşıl rəngli sətir dolana qədər davam edər. Əməliyyat müvəffəqiyyətlə tamamlandıqdan sonra telefon özünü yeni sistemlə yenidən başladır.

tongyong3-4

 

Comments

comments

Posted in Blog, Genel, Haberler, MIUI incələmə, Tətbiq yüklə.

One Comment

  1. Pingback: MIUI 7 GLOBAL BETA/DEVELOPER ROM | MIUI Azerbaycan

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir